15:25 15-11-2020
news_image
152
FUTBOL

Məhəmmədəliyevdən tarixi nailiyyət – millidə

Şahruddin Məhəmmədəliyev Azərbaycan milli komandasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, milliləşən legioner yığmanın heyətində keçirdiyi ilk iki matçda qol buraxmayıb.

Məhəmmədəliyev Millətlər Liqasının oktyabrda Kipr, noyabrda Monteneqro ilə görüşlərində qapısını toxunulmaz saxlayıb. Hər iki matç 0:0 hesabı ilə başa çatıb.

Şahruddin millinin tarixində ilk iki oyunda qol buraxmayan 3-cü qapıçıdır. Onadək Anar Nəzirovla Hüseyn Məhəmmədov da eyni uğura imza atıb.

Amma bu iki qapıçının debütdəki matçları yoldaşlıq görüşləri çərçivəsində baş tutub. Şahruddin isə yığmadakı ilk iki oyun rəsmi turnirlərdə, yəni seçmə mərhələ və ya Millətlər Liqasına təsadüf edən və qol buraxmayan ilk qapıçı olub.