21:37 15-11-2020
news_image
64
FUTBOL

Yığmamız uduzdu – Premyer Liqa klubuna

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Bakıda keçirilən təlim-məşq toplanışı çərçivəsində "Zirə" klubu ilə üz-üzə gəlib.

Qarşılaşmanın taleyini bir qol həll edib. Premyer Liqa klubu yığmamıza 1:0 hesabı ilə qalib gəlib. Yeganə qola matçın 82-ci dəqiqəsində Tamerlan Burcəliyev imza atıb.