23:33 15-11-2020
news_image
123
FUTBOL

Uğursuz seriyalara son – Türkiyə milisindən

Türkiyə yığması Millətlər Liqasının V turunda Rusiya üzərində qazanılan qələbə ilə uğursuz seriyalara son qoyub.

Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” tarixində ilk dəfə bu rəqibə qalib gəlib.

İstanbulda qeydə alınan 3:2 hesablı qələbəyə qədər Türkiyə Rusiya ilə qarşılaşmalarda rəqibini məğlub edə bilmirdi. Əvvəlki 7 oyunda 3 heç-heçə və 4 məğlubiyyəti olan qardaş ölkə təmsilçisi sindromu 8-ci görüşdə qırıb.

Bu, həm də Türkiyənin 2020-ci ildə ilk qələbəsi olub. Sonuncu dəfə ötən il noyabrın 17-də Andorranı 2:0 hesabı ilə yenən Şenol Günəşin yetirmələri 6 matçlıq qələbəsizliyə son qoyub. Son qələbədən sonrakı 364 gün ərzində 1 məğlubiyyət alan “ay-ulduzlular” ardıcıl 5 heç-heçədən ibarət seriyaya da son qoyub.

Rusiya isə əksinə, qələbəsiz seriyanı 5-ə çatdırıb. Şimallıların 3 heç-heçə və 2 məğlubiyyəti var.

Qeyd edək ki, Türkiyə millisi Rusiya ilə ilk dəfə 1994-cü ildə qarşılaşıb.