01:19 16-11-2020
news_image
61
FUTBOL

İtaliyalı məşqçi ilə müqavilə uzadılır – milli komandada

İtaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Roberto Mançini ilə müqaviləni uzatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, bunu qurumun prezidenti Qabriele Qravina açıqlayıb.

O bildirib ki, müqaviləsi 2022-ci ildə başa çatacaq mütəxəssisin razılıq verməsini gözləyir. 2018-ci ildən yığmaya rəhbərlik edən Mançininin yetirmələri AVRO-2020-nin seçmə mərhələsində 10 oyunun hamısında qalib gəlib.