09:02 16-11-2020
news_image
51
FUTBOL

“Rəqibə qol şansı vermədik” – Aleksandar Sçekiç

“Son iki turda qələbəyə ehtiyac duyduğumuzu və vəziyyətin bizim əlimizdə olmadığını bilə-bilə Azərbaycanla oyuna hazırlaşmışdıq”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının futbolçusu Aleksandar Sçekiç Millətlər Liqasının V turunda Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.

Yarımmüdafiəçi Xorvatiyanın Zapreşiç şəhərində baş tutan və qolsuz bərabərliklə yekunlaşan görüşün nəticəsindən razılıq bildirib: “Birinci hissənin sonlarında meydanda azlıqda qaldıq. Buna baxmayaraq, sona qədər müqavimət göstərdik. 10 nəfərlə qaldıqdan sonra da rəqibə qol epizodu yaratmaq imkanı vermədik. Digər matçda da Lüksemburqun büdrəməsi durumu bizim lehimizə çevirdi”.

Qeyd edək ki, Monteneqro son turda sabah Kiprlə qarşılaşacaq.