09:21 16-11-2020
news_image
53
FUTBOL

“Azərbaycanla matçı hazırlaşdığımız kimi keçirə bilmədik” – monteneqrolu məşqçi

“Hamı yaxşı oynamadığımızı deyir. Ancaq bunun da səbəbləri var”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının məşqçisi Miodraq Djudoviç Millətlər Liqasının V turunda Azərbaycanla keçirilən oyun barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis Xorvatiyanın Zapreşiç şəhərində keçirilən və 0:0 hesabı ilə yekunlaşan qarşılaşmanı öncədən hazırlaşdıqları kimi keçirmədiklərini etiraf edib: “Azərbaycanla matçı həftəboyu hazırlaşdığımız kimi keçirə bilmədik. Əslində, oyun sistemini dəyişdirmək, yenilik təqdim etmək və daha çox hücum taktikası qurmaq fikrimiz var idi. Ancaq gündən-günə artan zədələrdən, koronavirus pandemiyasından və digər səbəblərdən köhnə sistemə qayıtmalı olduq. Bəzi rotasiyalar dəyişiklik etməyimizə mane oldu. Ancaq son matçda qalibiyyətdən başqa yolumuz yoxdur”.

Qeyd edək ki, qrupda birinci pilləyə yüksələn Monteneqro son tur çərçivəsində sabah Kiprlə qarşılaşacaq. Millimiz isə həmin gün Lüksemburqun qonağı olacaq.