10:19 16-11-2020
news_image
71
FUTBOL

“Edə biləcəyimiz tək şey Azərbaycandan 3 xalı almaqdır” – Lüksemburqun kapitanı

“Ciddi fürsət qaçırdığımızı bilirik. Liderliyi qoruya bilmədiyimiz üçün kimisə günahlandırmaq fikrimiz yoxdur”.

Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq yığmasının kapitanı Loran Yans Millətlər Liqasının V turunda Kiprə 1:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

Bu nəticənin ardından liderliyi əldən verən Lüksemburq son turda Azərbaycan yığmasını qəbul edəcək. Yans Kipr uğursuzluğunu unudub, bu matça köklənməli olduqlarını söyləyib: “Həmişə deyirlər ki, futbolda hər şey ola bilər. Realist olmaq lazımdır. İndi edə biləcəyimiz tək şey Azərbaycandan 3 xalı almaq və sonra Monteneqronun Kipr önündəki nəticəsinə baxmaqdır. Yalnız onu deyə bilərəm ki, hələ heç nə bitməyib”.

Qeyd edək ki, Lüksemburq – Azərbaycan oyunu sabah “Jozi Bartel” stadionunda keçiriləcək.