11:03 16-11-2020
news_image
75
FUTBOL

Yalnız dörd yığmadan öndə - millimiz

Azərbaycan yığması Millətlər Liqasında ən az qol vuran komandalardan biridir.

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri arxada qalan 5 turda cəmi 2 dəfə rəqib qapısına yol tapıb.

Millimizin orta məhsuldarlığı 0,40-a bərabərdir. Bu, yarışın iştirakçısı olan 55 komandanın yalnız dördündən yaxşıdır.  İrlandiya, Moldova və Andorra milliləri 5 oyunda cəmi 1 qola sevinib. Onların orta məhsuldarlığı 0,20-dir. Turnirdə çıxışını başa vuran San-Marino isə 4 matçda qola həsrət qalıb.

Bolqarıstanla Kipr yığmalarının aktivində isə millimizlə eyni sayda – 2 top var. Bu “üçlük” məhsuldarlığa görə, 49-51-ci yerləri bölüşür. Düzdür, daha iki komanda bu qədər fərqlənib. Lakin Lixtenşteynlə Cəbəllütariq 3 iştirakçının mübarizə apardığı qrupda oynayır. Onlar hərəyə üç matç keçirib və orta məhsuldarlıq 0,66-dır.

Qeyd edək ki, Belçika hamıdan çox 12, Norveç 11, Almaniya 10 qol vurub.