12:07 16-11-2020
news_image
1799
FUTBOL

Qurban Qurbanova müraciət etdi – Emil Balayev

“Qarabağ”ın qapıçısı Emil Balayev komandanın baş məşqçisi Qurban Qurbanova müraciət edib.

Apasport.az saytının məlumatına görə, bu yay “Zirə”dən Ağdam klubuna keçən qolkiper düşərgədən ayrılmasına icazə istəyib.

Balayevi qayğılandıran düşdüyü vəziyyətdir. O, həm burada, həm də millidə Şahruddin Məhəmmədəliyevin kölgəsində qalıb.

Hər iki yerdə “1 nömrə” statusunu itirən Emil bununla barışa bilmir. Odur ki, “Qarabağ”ın onu icarəyə verməsinə çalışır. Ən real namizəd isə “Zirə”dir.

Qəsəbə təmsilçisinə dönüşün baş tutub-tutmayacağı Qurbanovdan asılıdır.

Balayev baş məşqçisinə “Mən artıq millidəki yerimi itirirəm, çünki burada az-az meydana çıxıram. İcazə versəz, daim oynayacağım komandaya gedərdim” deyib.

Təcrübəli çalışdırıcı hələ gözləmə mövqeyindədir, rəyini açıqlamağa tələsmir. Qurban bəyi də anlamaq olar. “Qarabağ” ölkədaxili yarışma ilə yanaşı, Avropa Liqasında çıxışını davam etdirir.

Azərbaycan çempionu ilk 3 turda məğlubiyyətlə üzləşsə də, qrupdan çıxmaq şanslarını nəzəri cəhətdən saxlayıb. Qarşıdakı 2 həftə bu mənada həlledici olacaq (sportinfo.az).