12:33 16-11-2020
news_image
103
FUTBOL

U-21 yığması oynayacaq - Millətlər Liqasında

Norveç yığması Millətlər Liqasının son turunda Avstriya ilə səfər oyununa yollanacaq.

Apasport.az saytının məlumatına görə, ölkənin Səhiyyə Nazirliyi komandanın xaricə getməsinə icazə verib.

Lakin Norveçin əsas heyəti deyil, U-21 yığması Avstriya önünə çıxacaq. Buna səbəb əsas millidə bir futbolçunun koronavirus infeksiyasına yoluxmasıdır. Noyabrın 18-də baş tutacaq görüşdə yığmaya U-21-in çalışdırıcısı Leyf Qunnar Smerud rəhbərlik edəcək.

Qeyd edək ki, noyabrın 15-də keçirilməli olan Rumıniya – Norveç oyunu ikincilərin səfərə yollanmaması səbəbindən ləğv olunub.