14:02 16-11-2020
news_image
61
FUTBOL

Kapitanını da itirdi – “Liverpul”

“Liverpul” klubunda daha bir itki baş verib.

Apasport.az saytının məlumatına görə, zədəlilərin sırasına kapitan Cordan Henderson da qoşulub.

30 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının V turunda Belçika ilə səfər qarşılaşmasının (0:2) birinci hissəsində zədələnərək, fasilədən sonra əvəzlənib. Hendersonun zədəsinin durumu barədə tibbi müayinədən sonra açıqlama veriləcək.

Qeyd edək ki, son bir həftə ərzində “Liverpul”un 3 futbolçusu – Trent Aleksander-Arnold, Co Qomes, Endi Robertson zədələnib, Məhəmməd Salah isə koronavirus infeksiyasına yoluxub.