15:41 16-11-2020
news_image
93
TOP OYUNLARI

Avropa çempionatından imtina etdi - Norveç

Norveç qadınlar arasında bu il keçiriləcək Avropa çempionatına ev sahibliyi etməyəcək.

Apasport.az saytı xəbər verir ki, bu barədə Avropa Həndbol Federasiyasının (EHF) mətbuat xidməti məlumat yayıb.

Turnir bu ilin 3-20 dekabr tarixləri aralığında Norveç və Danimarkada keçirilməli idi. Lakin Norveç tərəfi ölkədə koronavirus pandemiyasının diktə etdiyini əsas gətirərək, yarışda iştirak edə bilməyəcəyini bəyan edib.

Hazırda turnirin bütün oyunlarının Danimarkada keçirilməsi ilə bağlı danışıqlar gedir.