16:22 16-11-2020
news_image
78
FUTBOL

6 futbolçusunu göndərir – “Barselona”

İspaniyanın “Barselona” klubu heyətində ixtisar aparmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, belə addım koronavirus pandemiyası üzündən yaranan maliyyə çatışmazlığı dövründə maaş xərclərini azaltmaq üçün atılır.

La Liqa təmsilçisi ixtisara 6 oyunçunu daxil edəcək. Ektor Firpo, Samuel Umtiti, Mateus Fernandes, Martin Braytveyt, Riki Puç və Karles Alenyadan başlayacaq. Bu oyunçular özlərinə yeni klub axtarışına başlamalıdır. “Barselona” rəhbərliyi onlarla yollarını artıq yanvarda ayırmağı planlaşdırır.

Qeyd edək ki, “Barselona” yay transfer dövründə aparıcı hücumçusu Luis Suares və bir neçə əsas heyət üzvü ilə də yollarını ayırıb.