16:38 16-11-2020
news_image
96
FUTBOL

Koronavirus şübhəsi – Rusiya yığmasında

Rusiya millisinin qapıçısı Matvey Safonovla bağlı koronavirus infeksiyasına yoluxma şübhəsi yaranıb.

Apasport.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Millətlər Liqasında Türkiyə ilə (2:3) dünən keçirilən qarşılaşmadan sonra 21 yaşlı qolkiperin koronavirus testi şübhəli nəticə göstərib. Bu səbəbdən “Krasnodar”ın üzvü yenidən testdən keçib. Türkiyə ilə görüşdə “23-lük”də yer alan Safonovda virusa yoluxma faktı aşkarlanarsaq, o, karantinə alınacaq.

Qeyd edək ki, Rusiya yığması Millətlər Liqasının son turunda noyabrın 18-də Serbiyanın qonağı olacaq.