01:39 18-11-2020
news_image
1341
FUTBOL

Millimiz C liqasında qaldı – Monteneqronun qələbəsi hesabına

Azərbaycan millisi növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasının qrup mərhələsinin VI turunda Lüksemburqla qarşılaşıb.

İtaliyalı Canni de Byazinin baş məşqçisi olduğu yığma səfər qarşılaşması C liqasının 1-ci qrupunda çıxışını başa vurub. Millimiz 2020-ci ildə son sınağına itkilərlə çıxıb. Abbas Hüseynov zədə, Maksim Medvedev, Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxma üzündən matçı buraxıb. Meydan sahiblərinin itkiləri daha çox olub. Ümumilikdə 8 futbolçu cəza, zədə və yoluxma səbəbindən qarşılaşmada iştirak etməyib.

İlk yarıda komandamız daha bir itki ilə Bədavi Hüseynovun zədələnməsi ilə üzləşib. Az sonra qapımıza penalti təyin olunub ki, Şahruddin Məhəmmədəliyev rəqibin zərbəsini dəf edib. Qarşılıqlı hücumlarla keçən görüşdə qol vurulmayıb.

Bu, milimizin ardıcıl 4-cü qolsuz heç-heçəsi olub. Millətlər Liqasında Kipr və Monteneqro, yoxlama oyununda Sloveniya ilə qolsuz heç-heçə edən yığma qol həsrətini də 5-ə çatdırıb. 0:0 hesabı ilə başa çatan dörd görüşdən əvvəl də komandamız Monteneqroya uduzub – 0:2.

Bununla da yığma turniri 1 qələbə, 3 heç-heçə və 2 məğlubiyyətlə bitirib. 6 xala malik komandamız 3-cü yeri tutub ki, buna görə də yığma Monteneqroya minnətdar olmalıdır.

Qrupun digər oyununda Monteneqro Kipri darmadağın edib. Bu, balkanlıların qrupda 1-ci yeri tutaraq B liqasına yüksəlməsi üçün yetərli olub. Kipr isə qrup sonuncusu kimi C liqasında qalmaq uğrunda pley-off oynamalı olacaq. Azərbaycan millisi Kiprin qələbə qazana bilməməsi sayəsində C liqasında yerini qoruyub.

Millətlər Liqası
C liqası
1-ci qrup, VI tur
17 noyabr
23:45. Lüksemburq - Azərbaycan - 0:0

Baş hakim: Feliks Zvayer (Almaniya)
Lüksemburq: 12. Ralf Şon, 7. Lars Jerson, 9. Danel Sinani, 3. Enes Mahmutoviç, 19. Aldin Skenderoviç, 16. Leandro Barreyro, 17. Mihael Pinto, 11. Vinsent Til, 20. Edvin Muratoviç, 21. Mauris Devil, 18. Lauren Yan (k)
Ehtiyat oyunçular: 23. Tim Kips, 2. Seid Koraç, 4. Matias Olesen, 6. Florian Bonert, 8. Timote Rupil, 14. Stefano Bensi, 15. Sebastyan Til, 22. Marvin Martins
Baş məşqçi: Lyuk Holts
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 3. Azər Salahlı, 2. Qara Qarayev (k), 18. Anton Krivotsyuk, 7. Tellur Mütəllimov, 10. Mahir Emreli, 21. Amin Seydiyev, 20. İsmayıl İbrahimli, 9. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 4. Şəhriyar Əliyev, 8. Coşqun Diniyev, 11. Musa Qurbanlı, 13. Mert Çelik, 16. Elvin Camalov, 17. Vüsal İsgəndərli, 22. Xəyal Nəcəfov, 19. Rəhim Sadıxov, 6. Vüqar Mustafayev,
Baş məşqçi: Canni de Byazi
Lüksemburq. Joze Bartel stadionu

1

Monteneqro

6

4

1

1

10-2 13

2

Lüksemburq

6

3

1

2

7-5

10

3

Azərbaycan

6

1

3

2

2-4

6

4

Kipr

6

1

1

4 2-10

4