17:26 16-11-2020
news_image
98
FUTBOL

“Yoluxma bitəcək, AVRO-2020 keçiriləcək” – Aleksander Çeferin

“Millətlər Liqasının oyunları keçirilməsəydi, bir çox ölkənin futbol federasiyasında maliyyə problemi yaranacaqdı. Futbolçuların yığma forması altında çıxış etmələri onlar üçün fəxrdir”.

Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

Sloveniyal futbol funksioneri koronavirus pandemiyası səbəbindən gələn ilə təxirə salınan Avropa çempionatının baş tutacağına əmindir: “AVRO-2020-nin planlaşdırılan tarixdə oynanılacağını düşünürəm. Bu yöndə çalışmalarımız davam edir. Əminəm ki, turniri təxirə salmayacağıq. Ancaq bir dəyişiklik ediləcəksə, bunu diqqətdə saxlayacağıq. Bəlkə nikbinəm, amma yoluxma yazdan əvvəl bitəcək və AVRO-2020 keçiriləcək”.

Qeyd edək ki, AVRO-2020 gələn il 11 iyun – 11 iyul tarixlərində keçiriləcək.