22:01 16-11-2020
news_image
109
FUTBOL

Bu dəfə qolsuz qaldı – “Neftçi”nin hücumçusu

Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirilir.

Apasport.az saytının məlumatına görə, “Neftçi”nin hücumçusu Prins İbaranın şərəfini qoruduğu Konqo yığması qrup mərhələsinin IV turunda Esvatini ilə səfərdə qarşılaşıb.

Manzinidəki matçda start heyətində meydana daxil olan İbara yalnız 86-cı dəqiqədə əvəzlənib. Üç gün əvvəl bu komanda ilə ev görüşündə 1 qol, 1 məhsuldar ötürmə ilə qələbənin memarı olan (2:0) forvard bu dəfə qolsuz bərabərliyi poza bilməyib – 0:0.

Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran Konqo qrupda ikinci pillədəki mövqeyini möhkəmlədib.