23:14 16-11-2020
news_image
58
FUTBOL

Futbolçuları koronavirusa yoluxdu - yığmanın

İrlandiya yığmasının iki futbolçusu koronavirus infeksiyasına yoluxub.

Apasport.az saytı xəbər verir ki, bu barədə İrlandiya Futbol Assosiasiyası tvitter səhifəsi vasitəsilə məlumat yayıb.

Millətlər Liqasının V turunda Uelslə (0:1) dünən keçirilən oyundan sonra komandanın oyunçuları Mett Doherti və Ceyms Makklinin koronavirus testi pozitiv çıxıb. Digər oyunçularda yoluxma faktı aşkarlanmadığından, yalnız adıçəkilənlər karantinə alınıb. Onlar Bolqarıstanla görüşdə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, İrlandiya – Bolqarıstan görüşü noyabrın 18-də keçiriləcək.