08:50 17-11-2020
news_image
44
FUTBOL

“Çox rahatıq” – Lyuk Holts

“Heyətdə bəzi problemlər var. Əlimizdəki oyunçulara uyğun sistem qurmağa çalışıram”.

Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts deyib.

Millətlər Liqasının V turunda Kiprə 1:2 hesabı ilə məğlub olaraq liderliyi əldən verən lüksemburqlular sön matçı bu gün Azərbaycan yığmasına qarşı keçirəcəklər.

Qarşılaşma öncəsi mətbuat konfransı keçirən Holts meydana rahat çıxacaqlarını söyləyib: “Oyuna diktə etmək üçün lazımi keyfiyyətə sahib deyilsənsə, əlindən gəldiyi qədər mübarizə aparmalısan. Millətlər Liqasının startında son sırada yer almamaq önəmli idi. Bu artıq ilk hədəfə çatmaq deməkdir. İndiyə qədər bunu bacarmışıq. Qrupda minimum ikinci yeri tutacağımız da dəqiqdir. Bu üzdən çox rahatıq. Azərbaycan önünə isə yalnız qələbə üçün çıxacağıq. Ümid edirəm ki, bu, “Jozi Bartel”də son görüşümüz olacaq. Yeni stadionun marta qədər hazır olmayacağını heç kim deməsin”.

Qeyd edək ki, “Jozi Bartel”də keçiriləcək Lüksemburq – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.