09:00 17-11-2020
news_image
57
FUTBOL

Azərbaycanla oyunöncəsi 4 zədəli – Lüksemburq yığmasında

Millətlər Liqasının son turunda Azərbaycan yığmasını qəbul edəcək Lüksemburq heyətlə bağlı ciddi problemlər yaşayır.

Apasport.az saytının məlumatına görə, bunu komandanın baş məşqçisi Lyuk Holts deyib.

O bildirib ki, bu gün baş tutacaq qarşılaşma öncəsi zədəlilərin çoxluğu düşərgədə vəziyyəti gərginləşdirib. Müdafiəçilər Vahid Selimoviç və Dirk Karlson cəzalı duruma düşüblərsə, daha 4 oyunçunun iştirakı sual altındadır. Bunlar müdafiəçilər Loran Yans, Mika Pinto, həmçinin yarımmüdafiəçilər Leandro Barreiro və Aldin Skenderoviçdir. Çalışdırıcı adıçəkilən oyunçuların meydana çıxıb-çıxmayacağına onların son durumlarına əsasən qərar veriləcəyini açıqlayıb.

Qeyd edək ki, bu gün keçiriləcək Lüksemburq – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.