09:08 17-11-2020
news_image
38
FUTBOL

“Klubumda mənə güvənirlər” – “Keşlə”nin qapıçısı

“Heç vaxt bir yerdə oturmuram, daim oyun praktikası axtarışında oluram”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin və Moldova yığmasının qapıçısı Stanislav Namaşko deyib.

Hazırda milli komandasının düşərgəsində olan təcrübəli qolkiper daim formada qalmasını klublarında bir nömrə olması ilə əlaqələndirib: “Önəmli rol oynadığım klubların mənə güvənmələri millidə də çərçivədə durmağıma kömək olur. Yunanıstanda da, Monteneqroda da, Azərbaycanda da vəziyyət belə olub. İkinci gəncliyimi yaşadığımı deyə bilmərəm. Ancaq əvvəlki klublarımda, həmçinin hazırkı komandamda mənə güvənmələri stabilliyi qorumağıma gətirib çıxarır”.

Qeyd edək ki, Moldova yığması Millətlər Liqasının son turunda sabah Kosovo ilə səfərdə qarşılaşacaq.