09:29 17-11-2020
news_image
79
FUTBOL

Karyerasını “Real”da bitirəcək - Ramos

İspaniya millisinin və “Real”ın kapitanı Serxio Ramosun gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Madrid klubunda qalmağa qərar verib.

Serxio karyerasını “Real”da bitirməyi məqsədəuyğun sayıb. O, klub rəhbərliyi ilə yeni müqavilə barədə razılığa gəlməyə üstünlük verib.

Qeyd edək ki, Ramos və “Real” müqavilənin müddətində razılıq əldə etməkdə çətinlik çəkir. Klub rəhbərliyi 1+1 il, futbolçu isə daha uzunmüddətli anlaşma imzalanmasını istəyir.