10:11 17-11-2020
news_image
108
FUTBOL

Azərbaycanla oyunöncəsi cərimə - UEFA-dan

Millətlər Liqasının son turunda Azərbaycanla keçiriləcək oyunöncəsi Lüksemburq Futbol Federasiyası (FLF) UEFA tərəfindən cərimələnib.

Apasport.az saytının məlumatına görə, buna səbəb əsas yığmanın koronavirus pandemiyası ilə əlaqəli sağlamlıq protokollarını pozmasıdır.

Komandanın Millətlər Liqası çərçivəsində oktyabrın 10-da Kiprlə ev oyunu zamanı (2:0) tribunalara məhdud sayda azarkeş buraxılıb. Lakin maska taxmaq və oturacaqlarda məsafə saxlamaq qaydalarına lazımınca əməl edilməməsi UEFA-nın diqqətindən yayınmayıb. Nəticədə qitə futbol qurumu yerli federasiyanı 5000 min avro məbləğində cərimələyib.

Həmçinin Azərbaycanla bugünkü qarşılaşmada da UEFA nümayəndəsinə bu məsələyə ciddi nəzarət etmək tapşırılıb.

Qeyd edək ki, “Jozi Bartel” stadionundakı oyun Bakı vaxtı ilə 23:45-də başlayacaq.