10:14 17-11-2020
news_image
49
FUTBOL

Təbriklər - Qol.az

Bu gün Qol.az saytının fəaliyyətə başlamasından 12 il ötür. 

Apasport.az saytının məlumatına görə, 2008-ci ilin bu günü, noyabrın 17-də Qol.az idman xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.
 
Özünəməxsus üslubu, operativliyi və dəqiqliyi ilə ötən müddət ərzində Azərbaycanın ən çox oxunan idman saytlarından birinə çevrilən idman portalı 2009-cu ildə “Milli net” mükafatının “İlin ən yaxşı idman saytı” nominasiyasında birinci yeri tutub. Azərbaycan və dünya futboluna aid xəbərlərlə daim yenilənən mətbuat orqanı ara-sıra digər idman növlərinə də yer verir.
 
Apasport.az saytının kollektivi Qol.az saytındakı həmkarlarını 12 yaş münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır!