11:30 17-11-2020
news_image
152
FUTBOL

“Oser faciəsi”ni xatırladıb, şortunu aldığını dedi - fransalı

1980-ci illərdən 2000-ci ilin sonlarına qədər Fransa yığmasının oyunlarının şərhçisi olmuş Jan-Pyerr Paoli məşhur futbolçularla bağlı xatirələrini bölüşüb.

Apasport.az saytının məlumatına görə, tanınmış jurnalistin hazırda “Real”ın baş məşqçisi olan Zinəddin Zidanla tanışlığı 1995-ci ildə AVRO-1996-nın seçmə mərhələsində keçirilən Fransa – Azərbaycan oyununa təsadüf edib.

Azərbaycan futbol ictimaiyyəti arasında “Oser faciəsi” kimi qələmə verilən qarşılaşmanı yada salan Jan-Pyerr Paoli həmin görüşdə bir qol vuran Zidandan şortunu aldığını söyləyib: “Zidanı ilk dəfə “Bordo”da olduğu vaxt tanımışam. 1995-ci ildə Fransa yığması Oserdə Azərbaycanla qarşılaşırdı. Futbolçuların hamısı utancaq idi. Mən onu Zidan və Zizu yox, ilk adı olan Yazid kimi çağırırdım. Bu da xoşuna gəlirdi. Azərbaycanla matçdan sonra paltardəyişmə otağında girib dedim ki, Yazid, 10:0 hesabı ilə qalib gəldik, sənin də şortundakı nömrə 10-dur. O da çıxarıb mənə verdi və münasibətimiz belə başladı”.

Qeyd edək ki, həmin seçmə mərhələdə Fransa ilə Türkiyədə keçirilən görüşdə rəqib 2:0 hesabı ilə qalib gəlib.