11:34 17-11-2020
news_image
77
FUTBOL

Beş futbolçusunu satır – “Çelsi”

İngiltərənin “Çelsi” klubu “Vest Hem”in futbolçusu Deklan Raysı transfer etməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, “zadəganlar” bu keçid üçün 5 futbolçusunu satmağa da razıdır.

Klub rəhbərliyi Raysı gələn ilin yanvarında heyətinə qatmaq üçün 67 milyon funt sterlinq ödəməlidir. Bu məbləğ isə oyunçu satışından əldə olunacaq. “Çelsi” Antonio Rudiger, Olivye Jiru, Emerson Palmyeri, Danni Drinkuoter və Temue Bakayokonu satmağı planlaşdırır.