13:01 17-11-2020
news_image
64
FUTBOL

4-6-18 - 29-cu finiş

Azərbaycan millisi 2020-ci ili başa vurur.

Apasport.az saytının məlumatına görə, yığmamız ilin son qarşılaşmasına bu gün Lüksemburqda çıxacaq.

Koronavirus pandemiyası üzündən 2020-ci ilə iki ay öncə başlayan Canni de Byazinin yetirmələri qısa müddətdə sonuncu – 7-ci sınağına çıxacaq. Millətlər Liqasının C liqasının 1-ci qrupunda mübarizə aparan yığmamız VI turda Lüksemburqla üz-üzə gələcək.

Bu, ölkəmizin 1 nömrəli komandasının 29-cu ilinin sonu olacaq. Düzdür, debüt ili kimi tarixə düşən 1992-ci ildə cəmi bir qarşılaşma baş tutub. Həmin görüş il üçün həm ilk, həm son matç sayılır.

Əvvəlki 28 ilin son oyunlarına baxsaq, yığmamız 4 qələbə qazanıb, 6 heç-heçə edib və 18 dəfə uduzub.

11 dəfə ilin son sınağı yoldaşlıq oyunu və ya yoxlama xarakterli beynəlxalq turnir olub. Belə finişin dördündə qələbə qazanan milli 4 heç-heçə edib və 3 dəfə uduzub.

17 ili rəsmi xarakterli matçla tamamlayan yığmamız heç vaxt qalib gələ bilməyib. 2 heç-heçəylə təsəlli tapan milli 15 dəfə uduzub. Məğlub olmadığımız son belə görüş 8 il öncə Şimali İrlandiyada baş tutub.

Ümumilikdə isə son uğurlu finiş 2015-ci ildə gerçəkləşib. Yoxlama oyununda Moldovanı 2:1 hesabı ilə məğlub edəndən sonra komandamız ilin son matçında uğursuzluğa düçar olub. Şimali İrlandiya, Almaniya və Kosovo ilə oyunların hamısında 4 top fərqli darmadağına üzülən yığma ötən il Slovakiya səfərində 2 cavabsız qola üzülüb.

17 sentyabr 1992. Gürcaani. YO. Gürcüstan – Azərbaycan – 6:3
8 iyun 1993. Tehran. BT. Azərbaycan – Qazaxıstan (U-21) – 3:3
13 dekabr 1994. Trabzon (Türkiyə). AÇ. Azərbaycan – Fransa – 0:2
15 noyabr 1995. Trabzon (Türkiyə). AÇ. Azərbaycan – Polşa – 0:0
10 noyabr 1996. Bakı. DÇ. Azərbaycan – Macarıstan – 0:3
11 oktyabr 1997. Sürix. DÇ. İsveçrə – Azərbaycan – 5:0
28 noyabr 1998. Gəncə. YO. Azərbaycan – Estoniya – 2:1
9 oktyabr 1999. Bakı. AÇ. Azərbaycan – Slovakiya – 0:1
11 oktyabr 2000. Bakı. DÇ. Azərbaycan – Türkiyə - 0:1
7 oktyabr 2001. Stokholm. DÇ. İsveç – Azərbaycan – 3:0
20 noyabr 2002. Bakı. AÇ. Azərbaycan – Uels – 0:2
20 dekabr 2003. Ər- Riyad. YO. Səudiyyə Ərəbistanı – Azərbaycan – 1:0
17 noyabr 2004. Bakı. YO. Azərbaycan – Bolqarıstan – 0:0
12 oktyabr 2005. Kardiff. DÇ. Uels – Azərbaycan – 2:0
11 oktyabr 2006. Brüssel. AÇ. Belçika – Azərbaycan – 3:0
21 noyabr 2007. Bakı. AÇ. Azərbaycan – Belçika – 0:1
19 noyabr 2008. Bakı. YO. Azərbaycan – Albaniya – 1:1
18 noyabr 2009. Əl-Ayn. BT. Azərbaycan – Çexiya – 2:0
17 noyabr 2010. Podqoritsa. YO. Monteneqro – Azərbaycan – 2:0
11 noyabr 2011. Tirana. YO. Albaniya – Azərbaycan – 0:1
14 noyabr 2012. Belfast. DÇ. Şimali İrlandiya – Azərbaycan – 1:1
19 noyabr 2013. Bişkek. YO. Qırğızıstan – Azərbaycan – 0:0
16 noyabr 2014. Bakı. AÇ. Azərbaycan – Norveç – 0:1
17 noyabr 2015. Bakı. YO. Azərbaycan – Moldova – 2:1
11 noyabr 2016. Belfast. DÇ. Şimali İrlandiya – Azərbaycan – 4:0
8 oktyabr 2017. Kayzerslautern. DÇ. Almaniya – Azərbaycan – 5:1
20 noyabr 2018. Priştina. ML-D. Kosovo – Azərbaycan – 4:0
19 noyabr 2019. Trnava. AÇ. Slovakiya – Azərbaycan – 2:0

DÇ – dünya çempionatının seçmə oyunu, AÇ – Avropa çempionatının seçmə oyunu, ML-D – Millətlər Liqası D liqası, BT – beynəlxalq turnir, YO – yoldaşlıq oyunu.