13:41 17-11-2020
news_image
84
FUTBOL

“Azərbaycanla görüşdə məkan lehimizə işləyəcək” – lüksemburqlu futbolçu

“Kiprə məğlubiyyəti dərhal unuda bilmədik. Amma ertəsi gün bir az dincəldik”.

Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq yığmasının futbolçusu Lars Gerson deyib.

30 yaşlı mərkəz müdafiəçisi yerli mətbuata açıqlamasında Millətlər Liqasının son turunda Azərbaycanla bu gün keçiriləcək oyun barədə fikirlərini bölüşüb. Gerson meydana yalnız 3 xal dalınca çıxacaqlarını bildirib: “Kiprlə matçdan sonra məşqlərimizi həmişəki kimi davam etdirdik, artıq Azərbaycanla oyuna hazırıq. Diqqətimizi oyuna yönəltmişik, döyüşməyimiz vacibdir. Matçın gedişində Monteneqronun nəticəsini öyrənmək istəyib-istəmədiyimi bilmirəm. Bu, bəzən üstünlük ola bilər, bəzən yox. Məkan və atmosfer bizim lehimizə işləyəcək”.

Qeyd edək ki, “Jozi Bartel” stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də start götürəcək.