14:28 17-11-2020
news_image
67
FUTBOL

Azərbaycanla matçın “11-liy”i – Lüksemburq yığmasının

Millətlər Liqasının son turunda Azərbaycan yığmasını qəbul edəcək Lüksemburqun təxmini heyəti müəyyənləşib.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Lyuk Holts bugünkü qarşılaşmada 4-5-1 taktiki sxemindən istifadə edəcək.

51 yaşlı mütəxəssis çərçivəni Entoni Morisə həvalə edəcək. İtkilərin fonunda müdafiənin mərkəzində Lars Gersona Enes Mahmutoviç tərəfdaşlıq edəcək. Müdafiənin cinahları çalışdırıcını narahat edən əsas mövqelərdir. Çünki zədəli olan Mika Pinto və Loren Yansın iştirakı sual altındadır. Həmkarlarımız onların müvafiq olaraq sol və sağ cinahda qərarlaşacağını proqnozlaşdırırlar.

Yüngül zədəsi olan yarımmüdafiəçilər Leandro Barreiro və Aldin Skenderoviçin müdafiə xəttinin önündə yer alması gözlənilir. Vinsen Till pleymeyker funksiyasını icra edəcək. Gerson Rodriges sol, Danel Sinani isə sağ cinahdan hücuma dəstək verəcəklər. Komandanın əsas qol silahı isə Edvin Muratoviç olacaq.

Qeyd edək ki, “Jozi Bartel” stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan görüşü Bakı vaxtı ilə 23:45-də başlayacaq.