14:47 17-11-2020
news_image
67
FUTBOL

Kim güclüdür: Lüksemburq, yoxsa Azərbaycan?

Millətlər Liqasının VI turu çərçivəsində keçiriləcək Lüksemburq - Azərbaycan oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Joze Bartel stadionunda təşkil olunacaq görüşdə meydan sahiblərini favorit hesab edir.

Bu gün baş tutacaq matçda Azərbaycanın qələbəsi 2,90, cırtdan ölkə təmsilçisinin qalib gəlməsi 2,19 əmsaldır. Matçda heç-heçəyə 4,08 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.