15:12 17-11-2020
news_image
56
FUTBOL

Millidən qayıdan futbolçu koronavirusa yoluxdu – “İnter”də

İtaliyanın A seriyasında çıxış edən daha bir klubda koronavirusa yoluxma faktı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, bu dəfə “İnter”də bir futbolçunun virusa yoluxduğu açıqlanıb.

Serbiya millisinin düşərgəsindən qayıdan müdafiəçi Aleksandr Kolarovdan götürülən testin nəticəsi pozitiv çıxıb. Bu üzdən 35 yaşlı oyunçu karantinə alınıb.

Qeyd edək ki, son olaraq Milan şəhərinin digər təmsilçisi “Milan”da baş məşqçi Stefano Pioli və onun köməkçisi koronavirusa yoluxub.