15:23 17-11-2020
news_image
154
FUTBOL

“Qarabağ” qrupda son ev oyununu Bakıda keçirə bilər – Əmrah Çəlikəl

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində son ev oyununu Bakıda keçirə bilər.

Bu barədə apasport.az saytına Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib.

Klub rəsmisi V tur çərçivəsində İsrail təmsilçisi Təl-Əviv “Makkabi”sini paytaxtda qəbul etmək niyyətində olduqlarını söyləyib.

Çəlikəl hətta UEFA-ya rəsmi müraciət ünvanladıqlarını da vurğulayıb: “Əslində, “Sivasspor”la oyunu da Bakıda keçirmək istəyirdik. Ancaq UEFA matçın İstanbulda baş tutmasını qərara aldı. “Makkabi”ni paytaxtımızda qəbul etmək istədiyimizi UEFA-ya bildirmişik. Bununla bağlı yekun qərar bu həftə ərzində bilinəcək”.

Qeyd edək ki, “Qarabağ” – “Makkabi” oyunu dekabrın 3-də keçiriləcək. Azərbaycan çempionu qrupda “Vilyarreal”ı (İspaniya) “Başakşəhər Fatih Terim” stadionunda qəbul edib və 1:3 hesabı ilə məğlub olub. Qurban Qurbanovun komandası noyabrın 26-da Türkiyə təmsilçisi “Sivasspor”la ev matçını da həmin arenada keçirəcək.