15:47 17-11-2020
news_image
125
FUTBOL

“Millidə oynamamağım kədərlidir” – Dmitri Nazarov

“Milli komandaların iştirakı ilə bağlı yaranmış fasilədə özümü inkişaf etdirməyə çalışıram. Ehtiyat oyunçular skamyasındakı yer məni qane etmir. 30 yaşım var və hələ də oynaya bilərəm”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov klubu “Aue”də əsas heyətə düşə bilməməsinə münasibət bildirərkən deyib.

Hücumameyilli oyunçu Millətlər Liqası matçlarında yığmamızdan kənarda qalmasına da aydınlıq gətirib. O, koronavirusla bağlı Almaniyadakı şərtlərin buna yol açdığını söyləyib: “Xüsusi vaxtdır, hər şey çox incədir. İndiki məqamda bu kimi qərarlar verilməlidir. Karantin tədbirləri səbəbindən Almaniyaya qayıtdıqdan sonra yoluxma və ya müvəqqəti məşqdən kənarda qalmaq riski çox böyükdür. Millidə oynamamağım mənim üçün kədərlidir. Ancaq buna məcburam. Tezliklə vəziyyətin müəyyən dərəcədə yaxşılaşacağına ümid edirəm”.

Qeyd edək ki, Dmitri Nazarov millinin həm oktyabrdakı, həm də bu aydakı oyunlarına dəvət edilməyib.