17:06 17-11-2020
news_image
149
FUTBOL

23 futbolçu tapılmadı – millimizin qarşısına çıxmağa

Lüksemburq millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cəzalı və zədəli futbolçuların çoxluğundan əziyyət çəkən cırtdan ölkə təmsilçisi bugünkü qarşılaşmaya sifariş etməyə 23 futbolçu da tapmayıb.

Baş məşqçi Lyuk Holts iki yeri boş qoyaraq “23-lüy”ə 21 futbolçunun adını daxil edib. Rəqib Millətlər Liqasının VI turunun bu gün Lüksemburqda baş tutacaq görüşünə cəmi 4 nominal müdafiəçinin ümidinə qalıb.

Qapıçılar: 1. Antoni Moris, 12. Ralf Şon, 23. Tim Kips;
Müdafiəçilər: 2. Seid Koraç, 3. Enes Mahmutoviç, 18. Lauren Yan, 22. Marvin Martins;
Yarımmüdafiəçilər: 4. Matias Olesen, 6. Florian Bonert, 7. Lars Jerson, 8. Timote Rupil, 9. Danel Sinani, 11. Vinsent Til, 15. Sebastyan Til, 16. Leandro Barreyro, 19. Aldin Skenderoviç;
Hücumçular: 10. Jerson Rodriges, 14. Stefano Bensi, 17. Mihael Pinto, 20. Edvin Muratoviç, 21. Mauris Devil.
Baş məşqçi: Lyuk Holts.