18:14 17-11-2020
news_image
102
FUTBOL

Hücum “trio”sunda ixtisar – Mbappe üçün

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Liverpul” gənc forvardın transferində maraqlıdır.

“Qırmızı şeytanlar” 21 yaşlı oyunçunun transferinə büdcə ayırmaq üçün heyətdə ixtisara hazırlaşır. Premyer Liqa çempionu konkret olaraq hücum “trio”sunda yer alan Sadio Mane, Məhəmməd Salah və Roberto Firminodan birini mövsümün sonunda satmağı planlaşdırır. Ancaq Mbappe uğrunda mübarizədə İspaniya klubu “Real” favorit sayılır.

Qeyd edək ki, “Liverpul”un hücumçularının hər üçünün müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.