17:52 17-11-2020
news_image
136
FUTBOL

2 futbolçu koronavirusa yoluxdu - Azərbaycanla oyunöncəsi

Millətlər Liqasının son turunda Azərbaycan yığması ilə qarşılaşacaq Lüksemburq yığmasında koronavirusa yoluxma aşkarlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Lüksemburq Futbol Federasiyası tvitter səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilib ki, qapıçı Entoni Moris və yarımmüdafiəçi Gerson Rodrigesdən götürülən testin nəticəsi pozitiv çıxıb. Bugünkü qarşılaşmanın start heyətində yer alması gözlənilən futbolçular karantinə alınıb.

Qeyd edək ki, Lüksemburq – Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq.