23:29 17-11-2020
news_image
74
FUTBOL

Jiru “Çelsi”dən gedir – AVRO-2020-də oynamaq üçün

İngiltərənin “Çelsi” klubunun futbolçusu Olivye Jiru London təmsilçisindən ayrılmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı fransalı hücumçu yanvarda klubunu dəyişmək fikrindədir.

Buna Olivyenin klubdakı durumu səbəb olub. Heyətdəki daimi yerini itirən forvard daha çox oyun praktikası qazanacağı komandada çıxış etmək istəyir.

Jiru klubunda oynamaqla Fransa millisinin heyətində AVRO-2020-də oynamağı hədəfləyib. “Marsel” və “Bordo” onun xidmətində maraqlıdır.

Qeyd edək ki, forvard Premyer Liqanın cari mövsümündə cəmi 3 oyun keçirib.