00:38 18-11-2020
news_image
105
FUTBOL

246-cı oldu, penalti “qazandı” – yığmada

Millətlər Liqasının qrup mərhələsində VI turunun Lüksemburqla oyun daha bir futbolçunun Azərbaycan millisində debütü ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, hazırda davam edən matçın ilk yarısında zədələnən Bədavi Hüseynovun əvəzinə Şəhriyar Əliyev meydana çıxıb.

Bu, onun millidə ilk oyunudur. "Keşlə"nin üzvü yığmanın tarixinə 246-cı futbolçu kimi düşüb. Ona qədər əvvəlki 262 qarşılaşmada 245 oyunçu şans qazanıb.

Şəhriyar meydana daxil olan kimi ilk epizodların birində rəqibə penalti qazandırıb. Lakin qapıçımız Şahruddin Məhəmmədliyev zərbəni dəf edərək lüksemburqluların fərqlənməsinə mane olub.