02:32 18-11-2020
news_image
135
FUTBOL

“Təəssüf ki, penaltidən istifadə edə bilmədik” – rəqib baş məşqçi

“Oyun gözlədiyimiz kimi keçdi. İlk hissədə komandamız çox yüksək səviyyəli oyun nümayiş etdirdi”. 

Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq millisinin baş məşqçisi Lyuk Holts deyib.

O, Millətlər Liqasının VI turunun Azərbaycanla oyunundakı qolsuz heç-heçəni şərh edib: “Təəssüf ki, penaltidən istifadə edə bilmədik. Fasilədən sonra Azərbaycan millisi daha yaxşı oynadı. Pressinq tətbiq edərək bir neçə dəfə əks-hücumlar təşkil etdi. Ümumilikdə maraqlı oyun keçdi. Oyunda yeganə çatışmazlıq qol idi”.