09:00 18-11-2020
news_image
75
FUTBOL

Yoxlama görüşündə qalib gəldi – “Qarabağ”ın rəqibi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Təl-Əviv “Makkabi”si yoxlama görüşü keçirib.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanan İsrail təmsilçisi Hayfa “Hapoel”i ilə üz-üzə gəlib.

Yığmalarda olan, eyni zamanda zədədən əziyyət çəkən futbolçuların yoxluğunda baş məşqçi Giorqos Donis bir neçə gənc oyunçuya şans verib. Hər hissəsi 35 dəqiqədən ibarət olan görüş “Makkabi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola 18 yaşlı Rotem Yatzkar imza atıb.

Qeyd edək ki, “Makkabi” qrup mərhələsinin V turu çərçivəsində dekabrın 3-də “Qarabağ”ın qonağı olacaq.