10:44 18-11-2020
news_image
100
FUTBOL

Milli komandaya “1” verdilər - Lüksemburqda

Millətlər Liqasının Lüksemburqla oyununun Azərbaycan millisinin FİFA reytinqinə təsiri bəlli olub.

Apasport.az saytının məlumatına görə, C liqasının 1-ci qrupunun VI turunun görüşündəki qolsuz heç-heçə yığmamıza qazanc gətirib.

Canni de Byazinin yetirmələri heç-heçə sayəsində aktivinə 1 xal əlavə edib. Lüksemburq isə əksinə 1 xal itirib.

Bu, yığmamızın noyabrdakı 3-cü qazancıdır. Sloveniya ilə yoldaşlıq görüşündəki qolsuz heç-heçə üçün 1,8, Millətlər Liqasının Monteneqro ilə qarşılaşmasındakı eyni nəticə üçün 2,7 xal əldə edib.

Beləliklə, de Byazinin yetirmələri üç oyunda ümumilikdə 5,5 xal qazanıb. Ötən ay açıqlanan siyahıda 1175 xalla dünyanın 114-cüsü olan komandamız əmsalını 1181-ə yüksəldib.