11:51 18-11-2020
news_image
140
FUTBOL

Futbolçusunun ardınca köməkçisində də koronavirus aşkarlandı – Rəşad Sadıqovun

“Zirə”də daha bir koronavirus daşıyıcısı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, bu dəfə Eltun Yaqublunun xəstəliyə yoluxması məlum olub.

Rəşad Sadıqovun əsas köməkçisinin test nümunəsi pozitiv çıxdığından, o, 14 günlük karantinə alınıb.

Bundan əvvəl komandanın futbolçusu - Klesio Bauk koronavirusa yoluxub. Hazırda Mozambik yığmasının düşərgəsində yer alan 26 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Onunla yanaşı, millinin daha 7 futbolçusunda virus aşkarlanıb.

Mozambik yığması dünən Afrika Millətlər Kubokunda Kamerunla (0:2) qarşılaşıb. Koronavirusa yoluxduğu məhz dünən müəyyənləşən oyunçular həmin görüşdə iştirak etməyiblər.

Mozambik Futbol Federasiyası virusa yoluxanların adlarını açıqlamayıb.

Afrikalı növbəti dəfə testdən keçəcək və müsbət olacağı təqdirdə, karantində qalmağa davam edəcək. Bauk sağaldıqdan sonra Bakıya qayıda və komandaya qoşula bilər (sportinfo.az).