14:09 18-11-2020
news_image
195
FUTBOL

Millinin baş məşqçisi göndərilir? - əvəzləməyə namizədlər də var

Almaniya milli komandasında baş məşqçi dəyişikliyi gerçəkləşə bilər.

Apasport.az saytının məlumatına görə, futbol federasiyası Yoahim Lövü postundan kənarlaşdırmaq variantını nəzərdən keçirir.

Millətlər Liqasının VI turunda İspaniyaya 0:6 hesabı ilə uduzan Bundestimin baş məşqçi postuna yeni namizədlər də bəllidir. Bunlar “Bavariya”nın çalışdırıcısı Hans Flik və İngiltərə “Liverpul”una rəhbərlik edən Yurgen Kloppdur.