14:49 18-11-2020
news_image
122
FUTBOL

Final mərhələsinin ev sahibi müəyyənləşəcək – Millətlər Liqasında

Millətlər Liqasında qrup mərhələsinə bu gün yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, final mərhələsinin ev sahibi də bu matçlardan sonra bəlli olacaq.

Həlledici matçları qəbul etmək üçün 3 ölkə namizədliyini irəli sürüb. Bunlar Niderland, İtaliya və Polşadır.

Hər üç ölkənin yığması eyni qrupda mübarizə aparır. Bu isə o deməkdir ki, final mərhələsini keçirməyə iddia edənlərdən yalnız biri titul uğrunda mübarizəni davam etdirəcək. 

Final mərhələsi də 1-ci qrupun qalibi olacaq yığmanın ölkəsində təşkil olunacaq. Qrupun lideri olan İtaliya bu gün Bosniya və Herseqovinanın qonağı olacaq. Digər qarşılaşmada Polşa Niderlandı sınağa çəkəcək. Qrupun qalibi final mərhələsinə yüksələcək və ev sahibi olacaq.

Qeyd edək ki, final mərhələsinin meydan sahibi dekabrın 3-də keçiriləcək püşkatmada rəsmən açıqlanacaq. Gələn il oktyabrın 6-7 yarımfinal, 10-da 3-cü yer uğrunda qarşılaşma və final baş tutacaq.