14:58 18-11-2020
news_image
163
FUTBOL

Yeni rekord – Messidən

Argentina millisinin kapitanı Lionel Messi yeni rekord müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı superulduz yığmanın heyətində ən çox qələbə qazanan futbolçu ünvanına yiyələnərək buna nail olub.

DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə IV tur matçında Perunu səfərdə 2:0 hesabı ilə məğlub etdikləri görüş Messinin 142 görüşdə 85-ci qələbəsi ilə əlamətdar olub. O, 147 qarşılaşmada 84 dəfə qalibiyyətə sevinən sabiq komanda yoldaşı Xavyer Maskeranonun rekordunu yeniləyib. Bu baxımdan üçüncü sırada millinin keçmiş kapitanı Xavyer Zanetti (142 oyunda 80 qələbə) qərarlaşıb.

Qeyd edək ki, hazırda aktivində 10 xal olan Argentina yığması Braziliyadan (12 xal) sonra ikinci pillədə yer alıb.