15:41 18-11-2020
news_image
181
FUTBOL

Axtara-axtara – bir turnirdə 30 futbolçu ilə

Azərbaycan yığması Millətlər Liqasında çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, C liqasının 1-ci qrupunda uğursuzluğa düçar olan millimiz 6 oyunda cəmi 6 xal toplayaraq 4 ölkə arasında 3-cü yeri tutub.

Aktivində 1 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət olan Canni de Byazinin yetirmələri vur-tut 2 qol vurub, öz qapısından 4-nü buraxıb. İtaliyalı mütəxəssis isə turnir boyu axtarışda olub.

Bunun təsdiqdir ki, 6 görüşdə nə az, nə çox – 30 futbolçu yığma formasını geyinib. Heyəti formalaşdırmaq üçün axtarışları davam etdirən de Byazi yalnız iki futbolçuya bütün matçlarda güvənib. Qara Qarayevlə Ramil Şeydayev Millətlər Liqasının 6 görüşündə forma geyinib. Dəqiqə baxımından Qara yığmanın turnirdəki lideri olub.

Rəhim Sadıxov, Bədavi Hüseynov və Anton Krivotsyuk 5 dəfə şans qazanıb. Sonuncu iki oyunçu bir matçı cəza üzündən buraxıb. 

Futbolçular

oyun

dəqiqə

qol

sarı

qırmızı

Qara Qarayev

6

510

0

1

0

Ramil Şeydayev

6

394

1

0

0

Anton Krivotsyuk

5

450

0

2

0

Bədavi Hüseynov

5

403

0

3

0

Rəhim Sadıxov

5

257

0

0

0

Bəhlul Mustafazadə

4

341

0

0

0

Maksim Medvedev

4

315

1

1

0

Abbas Hüseynov

4

312

0

1

0

Elvin Camalov

4

284

0

0

0

Azər Salahlı

4

282

0

1

0

Namiq Ələsgərov

4

194

0

1

0

Emil Balayev

3

270

-4

0

0

Şahrudin Məhəmmədliyev

3

270

0

1

0

Elvin Bədəlov

3

247

0

0

0

Mahir Emreli

3

200

0

1

1

Amin Seydiyev

3

157

0

2

0

Vüqar Mustafayev

3

156

0

1

0

Coşqun Diniyev

3

94

0

1

0

Tellur Mütəllimov

2

150

0

0

0

İsmayıl İbrahimli

2

142

0

0

0

Təmkin Xəlilzadə

2

142

0

1

0

Əli Qurbani

2

69

0

0

0

Rəhman Hacıyev

2

49

0

0

0

Araz Abdullayev

2

38

0

0

0

Xəyal Nəcəfov

2

14

0

0

0

Şəhriyar Əliyev

1

47

0

0

0

Renat Dadaşov

1

32

0

0

0

Adil Nağıyev

1

23

0

0

0

Vüsal İsgəndərli

1

23

0

0

0

Mirabdulla Abbasov

1

10

0

0

0