17:45 18-11-2020
news_image
159
FUTBOL

Merihlə bağlı qərarını verdi – “Yuventus”

İtaliyanın “Yuventus” klubu müdafiəçisi Merih Demiralla bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, A seriyasının son çempionu 22 yaşlı futbolçunu satmaqdan imtina edib.

Başda İtaliyanın digər təmsilçisi “Milan” və İngiltərə klubu “Lester” olmaqla bir neçə Avropa klubunun maraq dairəsində olan Türkiyə millisinin üzvü karyerasını “qoca sinyora”da davam etdirəcək. Baş məşqçi Andrea Pirlo gənc oyunçuya güvəndiyini söyləyib.

Qeyd edək ki, Merih Demiral “Yuventus”a ötən il “Sassuolo”dan keçib.