22:25 18-11-2020
news_image
73
FUTBOL

“Latsio”ya keçdi – məşhur futbolçunun oğlu

İtaliyanın əfsanəvi futbolçusu Fabio Kannavaronun oğlu Andrea Kannavaro komandasını dəyişib.

Apasport.az saytının məlumatına görə, 16 yaşlı futbolçu İtaliyaya qayıdıb.

Atasının hazırda rəhbərlik etdiyi Çinin “Quançjou Everqrand” klubunu tərk edən Andrea “Latsio” ilə müqavilə imzalayıb. Anlaşmaya əsasən, o, Roma təmsilçisinin gənclər komandasında oynayacaq.

Qeyd edək ki, nə Fabio, nə də onun qardaşı Paolo Kannavaro futbolçu karyerası ərzində “Latsio”nun formasını geyinib.