22:40 18-11-2020
news_image
72
FUTBOL

Yalnız yığmamızla matç günü koronavirus oldu – rəqib futbolçu

Koronavirus testi müsbət çıxdığı üçün Millətlər Liqasının son turunda Azərbaycanla oyunu buraxan Lüksemburq yığmasının qapıçısı Entoni Morislə bağlı anlaşılmaz durum yaranıb.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı qolkiperin qarşılaşmadan bir gün sonra koronavirusa yoluxmadığı müəyyənləşib.

Dünən səhər götürülən testi pozitiv çıxan Belçikanın “Union” klubunun üzvünün cəmi bir gün sonrakı testdən neqativ cavab alması maraqla qarşılanıb. Lüksemburq Futbol Federasiyası oyunçuda yoluxma olmadığını açıqlayıb.

Qeyd edək ki, 0:0 hesabı ilə yekunlaşan Lüksemburq – Azərbaycan matçını ev sahiblərinin digər futbolçusu Gerson Rodriges də eyni səbəbdən buraxmışdı.