23:11 18-11-2020
news_image
100
FUTBOL

Zidan qərarını verdi – “Real” transferə çıxardı

İspaniyanın “Real” klubu qış transfer dönəmində yola salacağı ilk futbolçunu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, La Liqa çempionu yarımmüdafiəçisi İsko ilə vidalaşmaq qərarına gəlib.

Baş məşqçi Zinəddin Zidan İspaniya millisinin üzvünü gələcək planlarına daxil etmədiyindən, rəhbərlik onu transferə çıxarıb. 28 yaşlı hücumameyilli oyunçunun karyerasını İngiltərədə davam etdirmək ehtimalı yüksək qiymətləndirilir. Xüsusən də, futbolçunun sabiq çalışdırıcısı Karlo Ançelottinin rəhbərlik etdiyi “Everton”a keçidi gözlənilir.

Qeyd edək ki, İsko 2013-cü ildən “Real”ın formasını geyinir.